Məktəb ətrafında siqaret satışına qadağa qoyula bilər
26.01.2017 1046 0.0 0

Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının qanunvericilik planına daxil edilib.
 
 
Məlumata görə, bunu Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.
 
 
 
“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müəllifi, millət vəkili Musa Quliyev bildirib ki, layihə ilə bağlı ictimai dinləmələrin keçirilməsi daha məqsədəuyğundur.
 
Deputat bu layihənin Azərbaycanda tütünçülüyün inkişafına qarşı olmadığını açıqlayıb: “Burada həm istehlakçıların, həm istehsalçıların balanslaşdırılmış marağı nəzərə alınır. Bir sözlə, millətin marağı əsas götürülməlidir. Milli Məclisin fəaliyyətinin əsas məqsədi də budur. Həmin dinləmələrə tütün istehsal edən, o cümlədən idxalçı şirkətlərin nümayəndələrini də dəvət etmək yaxşı olardı. Arzu edirəm ki, qanun layihəsi parlamentin yaz sessiyasında qəbul edilsin”.
 
 
Komitə sədri Hadı Rəcəbli ictimai dinləmələrin keçirilməsi təklifini dəstəkləyib.
 
 
Millət vəkili İlham Məmmədov isə deyib ki, bu qanunun qəbulu ilə ictimai yerlərdə siqaret tüstüsündən əziyyət çəkənləri tüstüdən qorumağa nail olunacaq.
 
O, həmçinin qeyd edib ki, məktəblərin yaxınlığında yerləşən köşklərdə ədədlə siqaret satışının qarşısını almaq da yaxşı olar: “Çünki siqareti ədədlə adətən yeniyetmələr və gənclər alırlar”./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar