Məktəb direktorunun şikayəti əsasında məhkəmə başlayıb
09.11.2017 525 0.0 0

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, A.Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, ittiham aktına əsasən, attestat düzəltmək adı ilə dələduzluq edərək zərərçəkmişə ziyan vurub.

A.Salahov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə A.Salahov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A.Salahov məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar