Məkkədə terror aktının qarşısı alınıb, 5 nəfər saxlanılıb
24.06.2017 741 0.0 0

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.

 

Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.

 

Onun sözlərinə görə terrorçu-kamikadze “Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. “AFP” agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.

 

Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar