Əmək haqqını gecikdirənlərə cəza (VİDEO)
01.10.2015 681 0.0 0

Ölkədə işçilərin əmək haqqının gecikdirilməsi faktları artıb. 

ANS TV-nin məlumatına görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə məlumat verib. O bildirib ki, bu ilin 9 ayı ərzində müfəttişliyə vətəndaşlardan 6 438 şikayət daxil olub ki, onların da böyük bir qismi əmək haqqının gecikdirilməsinə görədir.

Bundan başqa, sentyabr ayında avtomobil təmiri və avtoyuma məntəqələrində aparılmış yoxlamalar da xeyli qanun pozuntusunu üzə çıxarıb. Qanunsuz sahibkarlıqla məşğul olan 17 nəfər aşkar olunub.

Fuad Əlizadə onu da qeyd edib ki, “Təhlükəsiz iş ayılığı” çərçivəsində 107 nəzarət işləri həyata keçirilib. Nəzarət zamanı 83 qanun pozuntusu aşkar olunub. Respublika ərazisində 17 işəgötürən şirkət müəyyən edilib ki, bunlara da 179 min 900 manat inzibati cərimə tətbiq edilib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar