Məhşur avtomobil şirkəti 374 min avtomobilini geri çağırır
09.01.2016 720 0.0 0

Yaponiyanın "Mazda" avtomobil konserni ABŞ bazarında satışa çıxarılan 374 min ədəd avtomobilini geri çağırır.
 
Məlumata görə, buna səbəb avtomobillərdə yerləşdirilən təhlükəsizlik yastığında nasazlığın olmasıdır. Təhlükəsizlik yastıqları "Takata" şirkəti tərəfindən istehsal olunub.
 
Bildirlir ki, geri çağrılan avtomobillərin mütləq əksəriyyəti 2003-2008-ci illərin istehsalı olan "Mazda 6" modeli, 2006-2007-ci ilin istehsalı olan "Mazda Speed 6" və 2004-cü ilin istehsalı olan "RX-8" modellərinə aiddir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar