Məhkəməyə verilən jurnalist : Anamı öldürəcəklər- VİDEO
07.06.2019 613 0.0 0

Məlum olduğu kimi, Səhiyyə naziri Oqtay Şirəliyev jurnalisti Teymur Kərimovu böhtanda ittiham edərək məhkəməyə vermişdi.

Bu gün Nəsimi Rayon Məhkəməsində jurnalistin məhkəmə prosesi olub.

İlk məhkəmə iclasından çıxan jurnaliust, növbəti prosesin 10 iyun saat 11-00 -a təyin edildiyini bildirib.

Məsələ ilə əlaqədar açıqlama verən T. Kərimov bildirib ki, Səhiyyə naziri Oqtay Şirəliyevin onu Azərbaycan səhiyyəsinə kölgə salmaq və Azərbaycan səhiyyəsinə böhtan atmaqda ittiham edərək məhkəməyə verib. 

Bu gün jurnalist Teymur Kərimov anasının müalicəsinin aparılması üçün ondan dəfələrlə qanunsuz pul aldığını buldirərək, eyni problem ilə qarışlaşanları ona dəstək olmağa çağırıb.

Hazırda anasının səhəətinin ağırlaşdığını və reanimasiyaya yerləşdirildiyini açıqlayan T. Kərimov, haqsızlığa qarşı etirazına görə səhiyyə naziri tərəfinən təzyiqlərə məruz qaldığını əsas gətirərək , anasının da yaxın günlərdə öldürülməsi ehtimalını bildirib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar