Məhkəmə hökmünə etiraz olaraq zəhər içən xorvat general öldü- VİDEO
30.11.2017 803 0.0 0

Sabiq xorvat müdafiə şurasının rəhbəri, general Slobodan Pralyak Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında zəhərli maddəni qəbul etdikdən sonra keçinib.

APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Xorvatiyanın baş naziri Andrey Plenkoviç bildirib.

S.Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib. Ötən gün məhkəmə hökmün qüvvədə qaldığını təsdiqləyib.

Qeyd edək ki, məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən S.Pralyak hakimə zəhər qəbul etdiyini bildirib və məhkəmənin qərarından sonra şüşədəki mayeni içib. Vəkili həmin şüşə qabda zəhər olduğunu təsdiqləyib. Hakim dərhal məhkəməni bağlı elan edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar