Məhbuslar inəklərlə eyni kameraya salınacaq
17.01.2018 886 0.0 0

"İnəklər ona qulluq edən insana təsir etməyi bacarır"

 

Hindistanda məhbuslar "sehirli gücü" olan inəklər vasitəsilə reabilitasiya olunacaqlar.Xarici mətbuata istinadən xəbər verilir ki, bu ölkənin Xaryana ştatında Heyvanların Müdafiəsi Komissiyası yarım milyon dollar xərcləyərək 600 inək alıb.

Bu inəklər 6 həbsxanada məhbuslarla birgə yaşayacaq. Komissiyanın rəhbəri bildirib ki, inəklərin köməyi ilə cinayətkarlar kriminal aləmdən uzaqlaşacaqlar: "İnəklər Hindistan cəmiyyətinin bir hissəsidir. İnəklər ona qulluq edən insana təsir etməyi bacarır".

Hindistanda inanc var ki, inəklər, hətta xərçəng, şəkərli diabet və asma xəstəliklərini müalicə edir./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar