Lukaşenko: KTMT əməliyyatı bir saata iki prezident tərəfindən hazırlanıb
15.01.2022 283 0.0 0

Qazaxıstanda həyata keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının fəaliyyəti Belarus və Rusiya prezidentləri tərəfindən bir saat ərzində hazırlanıb.

Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, bu bəyanatla yanvarın 15-də, sülhməramlı kontingentlə görüş zamanı Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib. 

Lukashenko vurğulayıb ki, "bütün əməliyyat, detallara qədər", o və rusiyalı həmkarı Vladimir Putin tərəfindən planlaşdırılıb. "Plan tərtib olundu. Şoyqu və Xrenin iki prezidentin planını baş qərargahlarda ətraflı izah etdilər . Bir neçə saatdan sonra ilk təyyarələr Qazaxıstana uçdu, hər şey "tez və qətiyyətlə" icra olundu.

Bundan başqa, Lukashenka bildirib ki, əməliyyat "xarici nəzarət altında olan terrorçuların və ekstremistlərin istəyini puç etmək"lə yanaşı, həm də bütün dünyaya müttəfiqlik əlaqələrini və KTMT-nun potensialını nümayiş etdirib.

 

Xatırladaq ki, KTMT qüvvələrinin respublikadan çıxarılması cümə axşamı, yanvarın 13-də səhər saatlarından başlayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar