Lukaşenko Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
29.11.2016 645 0.0 0

Azərbaycanda rəsmi səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko Heydər Əliyevin məzarını ziyarət edib.

Məlumata görə, o, H. Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

 

Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

 

Sonra A. Lukaşenko tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək məzarları üzərinə güllər qoyub.

 

A.  Lukaşenko Şəhidlər xiyabanını da ziyarət edib. Burada Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. A. Lukaşenko Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

 

Belarus prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Belarusun və Azərbaycanın dövlət himnləri səslənib. Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar