Lukaşenko:Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycan nefti həlledici rol oynayıb
29.11.2016 795 0.0 0

“Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycan nefti həlledici əhəmiyyətə malik olub”.
 
Məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko ona “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimində deyib.  
 
O, Belarus xalqının tarixdə bir çox sınaqlarla üzləşdiyini deyib, Böyük Vətən müharibəsindən sonra ölkənin quruculuq işlərində Belarus xalqı ilə birlikdə digər xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların fəal iştirak etdiklərini bildirib.
 
Belarus prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini vurğulayıb və münaqişənin həlli istiqamətində prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib.
 
Prezident Aleksandr Lukaşenko son illərdə Azərbaycanda bütün sahələrdə çox böyük inkişafın əldə edildiyini önə çəkib, prezident İlham Əliyevin rəhbərliyi altında gedən bu inkişaf prosesinin Azərbaycanın nadir təcrübəsi olduğunu vurğulayıb. Belarus prezidenti neftdən əldə olunan gəlirlərin dövlət başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində səmərəli və xalqımızın firavanlığı naminə istifadə olunduğunu xüsusi qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar