Lukaşenko Bakıya heyran oldu
12.06.2015 662 0.0 0

Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bakıya gələn Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşüb. 

Belarus mətbuatına istinadla verilən məlumata görə, Lukaşenko deyib ki, Belarus və Azərbaycanın yaxın münasibətləri möhkəm fundament üzərindədir. 

Lukaşenko Azərbaycanın Avropa Oyunlarına hazırlığını yüksək qiymətləndirib. "Sizin oyunlara hazırlanmaq üçün cəmi iki iliniz var idi. Əgər bu vaxta kimi heç nə etməsəydiniz bu mümkün olmazdı. Bizim bunu edə biləcəyinizə şübhəmiz yox idi. Amma belə gözəl.... Bu bizi sadəcə heyran etdi". 

İlham Əliyev isə qeyd edib ki, Azərbaycan Belarusla əlaqələrin səviyyəsindən razıdır. 
İki ölkə liderləri müntəzəm olaraq əlaqədə olurlar ki, bu da ikitərəfli əlaqələrin dinamik inkişafına müsbət təsir edir. 

"Belarus bizim üçün dost, qard aş dövlətdir. Biz əlaqələrə yüksək qiymət veririk və qısa zaman ərzində siyasi, istiqsadi sahədə əlaqələrin qurulmasına görə qürur duyuruq. Bütün istiqamətlərdə biz ancaq pozitiv dinamika görürük". 

Avropa Oyunlarından danışan Azərbaycanın dövlət başçısı qeyd edib ki, bu bütün avropa üçün önəm daşıyan bir hadisədir. O, deyib ki, Belarus bu oyunlarda güclü atletlərlə təmsil olunurlar. İ.Əliyev belarus idmançılarına uğurlar və qələbə arzu edib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar