Lotereyada böyük məbləğ udan kişi evdən qaçdı
21.11.2019 575 0.0 0

Taylandda lotereya udan kişi arvadından qaçıb.

“Asia One”ın xəbərinə görə, Vijak Vannaprasit və arvadı Porntida Çamnanvetin aldığı lotereya biletinə 270 min dollar (459 min AZN) çıxıb.

Onlar bileti almazdan öncə qazanacaqları məbləği paylaşacaqları barədə razılığa gəliblər.

Sonradan Vijak arvadına qazancın yalnız 1/3 hissəsini verəcəyini deyib.

İkinci razılaşmayanda, o bileti götürüb evdən qaçıb.

Porntida bununla bağlı yerli polisə müraciət edib.

Vəkilin dediyinə görə, Vijak bileti qanunsuz mənimsədiyinə görə üç ilə qədər həbs oluna bilər.

Bundan sonra, Vijak evə qayıdıb və məbləği arvadı ilə bölməyə razı olub./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar