Londonun çoxmərtəbəli binasında baş verən yanğının qurbanlarının sayı 17 nəfərə çatıb
15.06.2017 651 0.0 0

London polisi çoxmərtəbəli binada baş verən yanğında 17 nəfərin öldüyünü qeyd edib. Bu barədə CNN-ə istinadən xəbər verilir.

Eyni zamanda, polisdən bildiriblər ki, ölənlərin sayı arta bilər. Onlarla insan itkin düşmüş hesab edilir. Qeyd edilir ki, bütövlüklə ailələrin harada olması məlum deyil.

Xəstəxanalara 70-dən çox zərərçəkən yerləşdirilib.

Xilasedicilərin sözlərinə görə, binada sağ qalma ehtimalı artıq sıfıra bərabərdir.

Londonun Şimali Kensinqton bölgəsindəki "Grenfell Tower" binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Məlumata görə, binada 600 nəfərə yaxın insan ola bilər. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar