Əliyevlə Sarkisyanın gəldiyi ortaq nöqtə
20.12.2015 2200 0.0 0

Azərbaycan və Ermənistan prezidentləri Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər.

Məlumata görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın İsveçrənin Bern şəhərində keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda yer alıb.

"Prezidentlər nizamlama danışıqlaranın davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərini təsdiq ediblər",- deyə ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir.

 


İlham Əliyev və Serj Sarkisyan Bern görüşündə 

"Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər. Prezidentlər həmsədrlərin təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması ilə bağlı cari təkliflərini, o cümlədən araşdırmanın aparılması mexanizmini dəstəkləyiblər. Prezidentlər qarşılıqlı fəaliyyət göstərməyin davam etdirilməsini təsdiqləyərək, Minsk Qrupu formatına sadiq olduqlarını bildiriblər", - deyə bəyanatda vurğulanır.

 


İlham Əliyev və Serj Sarkisyan həmsədrlərlə və xarici işlər nazirləri ilə birlikdə 

Azərbaycan və Ermənistan prezidentləri bu gün günorta İsveçrənin Bern şəhərində görüşblər. Görüş 1 saatdan artıq davam edib. Təkbətək görüşdən sonra Minsk qrupu həmsədrləri və xarici işlər nazirləri otağa dəvət olunublar. Təkbətək görüşdən əvvəl prezidentlərin əvvəlcə Minsk Qrupu həmsədrləri ilə görüşü olub, daha sonra qrupun şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə davab edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar