Əliyar Ağayev Qəbələdə futbolçular arasında davanın qarşısını alıb
13.03.2022 486 0.0 0

"Qəbələ" və "Zirə" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XIX tur matçında insident baş verib.

Məlumata görə, meydan sahiblərinin futbolçusu Fernan Lopesin qonaqların yarımmüdafiəçisi Ahmed Ayzayaya qarşı kobudluğundan sonra meydanda gərginlik yaşanıb.

Lakin görüşün baş hakimi Əliyar Ağayev dərhal məsələyə müdaxilə edərək davanın qarşısını alıb.

Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşmada hazırda fasilədir. İlk hissədən sonra hesab açılmayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar