Liviyada BMT missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər - YENİLƏNİB
28.06.2017 876 0.0 0

Liviyada BMT-nin missiyasının üzvlərini oğurlayanlar öz tələblərini irəli sürüblər.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, silahlılar Səudiyyə Ərəbistanında həbs edilmiş tərəfdarlarının azad edilməsini tələb ediblər.

Məlumatda bildirilir ki, radikallar BMT-nin Ali Komissarının Qaçqınlar üzrə İdarəsinin 7 üzvünü oğurlayıblar. BMT üzvləri Tunisdən Liviyanın Əz-Zaviyə şəhərinə qeyri-leqal miqrantların saxlanıldığı mərkəzə yoxlama üçün göndəriliblər. Burada isə oğurlanıblar. Onların arasında əcnəbilər də var.

*****

"Əl-Qaidə" terror qruplaşmasının silahlıları BMT-nin Liviyadakı missiyasının üzvünü girov götürüb.

"Report"un məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, insident paytaxt Tripolidən 45 kilometr qərbdə yerləşən Əz-Zaviyə yaşayış məntəqəsində baş verib.

Girov götürülən şəxsin adı və hadisənin təfərrüatları açıqlanmır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar