Əli Nağıyevə daha bir SƏRT CAVAB!
19.12.2015 843 0.0 0
"Qurani-Şərif Allah Taalanın insanlara verdiyi qarantdır”
 
 
İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli bugünkü cümə namazı xütbəsində Əmək və Sosial Müdafiə Nazirliyinin sabiq rəhbəri, Azərbaycanın Belarusdakı eks-səfiri Əli Nağıyevin İmam Hüseyn (s.ə.) və Hz.Əli (s.ə.) haqqında mətbuatda səsləndirdiyi qeyri-etik fikirlərə sərt münasibət bildirib.
 
Məscidin axundu bildirib ki, Həzrət Məhəmməd (s.ə.v.s.) nəslindən və əhli beytindən olan, İslam ümmətinin mübarək ismilərindən olan bu şəxsiyyətlər haqqında tənqidedici fikirlər söyləmək bilavasitə Allah Taalaya qarşı çıxmaqdır: "Allah Taala müqəddəs Qurani-Şərifi insanlara qarant kimi göndərib. Bu kitabın hər ayəsində, hər surəsində İlahi kəlamlar var ki, insanları doğru yola, düzgünlütə, mənəviyyatlı və ləyaqətli olmağa dəvət edir. Məhz Qurani-Kərimin "Əhzab” surəsinin 33 ayəsində xüsusilə vurğulanır ki, Əhli-Beyt, yəni Peyğəmbərimizin nəslindən olanlar "bütün çirkinliklərdən pak edilmiş” kimi göstərilir. Ona görə də bu fakta dəlalət edib bir daha vurğulamaq istərdim ki, kimsə Onun nəslindən olanlara qarşı dil uzadırsa, böyük günah və səhv etmiş olurlar. Ümumiyyətlə, bu barədə digər bir çox ayələr mövcuddur.”
 
 
"Kərbəla məktəbinin anlamlarından biri budur - Vətən, torpaq, müstəqillik, dövlətçilik uğrunda mübarizə aparmaq, bunların uğrunda şəhid belə olmaq”
 
 
Hacı Surxay Məmmədli tarixi həqiqətlətə söykənən bir sıra mətləbləri xatırladaraq onu da vurğulayıb ki, vaxtilə bir çox peyğəmbərlərə qarşı amansızlıqlar göstərilib, bəzilərinin başları mişarla (!) kəsilib, bəziləri daş-qalaq edilib: "Allahı tanımaq istəməyənlər, Onun insanlara göndərdiyi kəlamları anlamayanlar tarixən olublar. Kərbəla qətliamı zamanı Peyğəmbərimizin nəslindən olan müqəddəslərimizin başları kəsilərək nizələrə taxılıb, onları müdafiə edənlər şəhid ediliblər. Məhz ondan sonra dünyada Kərbəla məktəbi formalaşıb ki, həmin məktəb Azərbaycanda da var.
 
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan Azərbaycan xalqının milli-azadlıq mücadiləsi 90-cı ilin yanvarında şəhidlərimizin qanları ilə torpaqımıza yazıldı. Bu, bir azadlıq, haqq-ədalət uğurnda olan mübarizə, tökülən şəhid qanları idi. Məhz Kərbəla məktəbinin də anlamlarından biri budur - Vətən, torpaq, müstəqillik, dövlətçilik uğrunda mübarizə aparmaq, bütün bunlar uğrunda lazım gələrsə şəhid olmaq. Təəssüf ki, Əli Nağıyev və onun kimiləri bu əhəmiyyətli, mühüm məqamları dərk etməkdə aciz qalırlar. Hətta deyərdim ki, onun kimi dar düşüncəlilərin Peyğəmbər övladlarının qanını tökən, Quranı nizələr başına keçirən Müaviyyə-Yezid ordusunun başkəsənlərindən heç bir fərqi yoxdur! Halbuki, İmam Hüseynin (s.ə.) şəhid olduğu gün Kərbəlaya milyonlarla insanlar toplaşır, hətta xristian dininin inanclıları belə,, Kərbəlaya gedərək, şəhid İmamın başına gələn müsibətə ağı deyirlər. Çünki onlar bu məktəbi dərk edirlər, ona hörmət göstərir, həyat dərsi öyrənirlər.”
 
 
 
"Əli Nağıyev daşıdığı isminə və soyadına layiq olmadığını öz səhv fikirləri ilə sübuta yetirib”
 
 
"Təəssüf edirəm ki, Əli Nağıyevin adı və soyadı belədir”-deyə qeyd edən Hacı Surxay Həsənlinin dediyinə görə, əslində bu kimi ad və soyadları daşıyan kəslər sürdükləri ictimai həyatlarında ehtiyatlı olmalı, onlara qoyulan bu kimi ismilərin İslam ümmətində nə qədər dəyərli olduğunu anlamalıdırlar: "Amma nə edəsən ki, Əli Nağıyev belələrindən deyil və daşıdığı isminə layiq olmadığını öz səhv fikirləri ilə sübuta yetirib. Və əslində milli-mənəvi dəyərlərimizə hörmət qoymayan bu kəslər müstəqillik uğrunda həyatlarını qurban vermiş şəhid oğul və qızlarımızın ruhlarını da təhqir etmiş olurlar. Onların qanları bahasına əldə etdiyimiz müstəqilliyimizə, dövlətçilik maraqlarımızın inkişafına qarşı çıxırlar. Yaxşı olardı ki, ictimai rəyin, ianclı insanlarımızın sərt qınağına tuş gələn bu kimi ünsürlər hansı günaha getdikləri barədə düşünsünlər.”/veteninfo.az/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar