Əli İnsanov Prezident Aparatına dəvət olunub
15.12.2021 853 0.0 0

Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Qazeta.info xəbər verir ki, bu haqda Ə.İsanov təmsil etdiyi partianın feysbuk səhifəsində  məlumat yayıb.

Məlumatı olduu kimi oxucuların diqqətinə təqdim erik;

"16 İLDƏN SONRA PREZİDENT SARAYINA GƏLDİM !

2021-ci il dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm.

2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik.

Cənab Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə məni təbrik etdi və partiyaya gələcək fəaliyyətində uğurlar arzuladı.

Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.

Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm."


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar