Əli Əhmədov: `Qeyri-rəsmi məşğulluq gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir`
30.11.2017 899 0.0 0

 “Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılması hökumət qarşısında duran əsas vəzifələrdən biridir”.

Məlumata görə, bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirdiyi brifinqdə deyib.

Baş nazirin müavini bildirib ki, qeyri-rəsmi məşğulluq vergidən yayınmaya səbəb olur. “Qeyri-rəsmi məşğulluq insanların sosial və əmək hüquqların qorunmasını qeyri-mümkün edir, insanların gələcəkdə pensiya almaq hüququnu məhdudlaşdırır. Qeyri-rəsmi məşğulluq nəticəsində Dövlət Sosial Müdafiə Fonduna qanunla ödənilməli olan ödənişlərin ödənilmir ki, bu da gələcəkdə insanların pensiya almasını qeyri-mümkün edir”.

Ə.Əhmədov vurğulayıb ki, qeyri-rəsmi məşğulluq həmçinin Azərbaycanda insanların məşğulluğu ilə bağlı dəqiq satistikanın aparılmasına mane olur. Ə.Əhmədov əlavə edib ki, qeyri-rəsmi məşğulluq “qara mühasibatlıq” deyilən amilin ortaya çıxması üçün ən mühüm səbəbdir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar