Əli Həsənovun kürəkəninin də Almaniyada böyük biznesi ortaya çıxdı
09.09.2019 630 0.0 0

“Qaçqınkom”un keçmiş rəhbəri, baş nazirin müavini Əli Həsənovun kürəkəni Elman Allahverdiyevin  Almaniyada böyük biznesi ortaya çıxıb.

Qazeta.info xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli araşdıraraq özünün facebook sosial şəbəkəsində yayıb.  Araşdırmanı olduğu kimi təqdim edirik: 

" “Qaçqınkom”un keçmiş rəhbəri, baş nazirin müavini Əli Həsənovun kürəkəni Elman Allahverdiyev hazırda Almaniyadakı biznesini idarə edir. 
O, iki il əvvəl idarə etdiyi "Gelandewagen"lə iki nəfərin ölümünə görə həbs olunmuş və bu yaxınlarda həbsdən buraxılan Nail Allahverdiyevin atasıdır. 
Elman Allahverdiyev Hamburqda 2014-cü ilin yanvarından logistika sahəsində fəaliyyət göstərən LOHIMEX GMBH adlı şirkətin sahibidir. 
Şirkət 25 min avro nizamnamə kapitalı ilə Hamburq ədliyyəsində HRB 130362 saylı nizamnamə ilə qeydiyyatdan keçib, Hamburqun SORBENSTRASSE 47 ünvanında fəaliyyət göstərir. Şirkətin etibarnamə ilə rəsmi təmsilçisi isə Milli Məclis Aparatinin Deputat köməkçiləri ilə iş sektorunun baş məsləhətcisi Elnarə Cələbiyevadır.
Dövruyyəsi 500 000 - 1.000.000 aralığında olan kompaniyalar sırasına daxil edilən LOHİMEX-in saytında (http://www.lohimex.com) yer alan məlumata görə, şirkət yüklərin daşınmasından əlavə bağçılıq texnikası, alətləri, bitkilərin, kənd təsərrüfatı texnikası və onların ehtiyat hissələrinin, eləcə də tikinti materialları və aksessuarlarının idxal və ixracı ilə da məşğuldur. 
Bundan başqa Elman Allahverdiyev 2015-ci ilin martından 2017-ci ilin avqustuna qədər Almaniyanın Bad Bevensen adlı kurort şəhərində GLORIOUS HOTELS & RESORTS GMBH adlı şirkətin, həmin şirkət üzərindən idarə olunan GLORIOUS HOTEL KIEFERNECK otelinin sahibi olub. Sənədlərə görə həmin otelin aktivləri 1 milyon avroya yaxın olub. Lakin iki il əvvəl o, əvvəldən yerləri tam bron edilmiş oteli müəmmalı şəkildə qapadıb."

Əlavə olaraq bildirək ki, dəfələrlə ailə üzvülərinin və özünün milyardlıq sərvəti ilə gündəmə gələn Əli Həsənov, məcburi köçkün ailələrinin adambaşına verilən 36 manat müəvinətin böyük pul olduğunu vurğulamaqla əhalinin ciddi qınağına tuş gəlmişdi.

 

 

 

 

 

 

 

 

 

 

P.S. Qazeta.info qarşı tərəfin mövqeyini yayımlağa hazırdır


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar