Tarix: 05.12.2016,   Saat: 16:31, Bazar ertəsi.          

Əli Həsənov Donald Trampdan danışdı

"Azərbaycan Donald Trampla səmərəli əməkdaşlığa ümid edir".
 
 
Məlumata görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. 
 
 
Ə. Həsənov deyib ki, Amerika xalqı seçimini edib və Tramp prezident seçilib: "Azərbaycan prezidenti İlham Əliyev də Donald Trampı təbrik edib. Azərbaycan ABŞ-la enerji, nəqliyyat dəhlizlərinin inkişafı və təhlükəsizlik sahəsində səmərəli əməkdaşlıq edir. Bu sahələrdə əməkdaşlıq daha da inkişaf edəcək. Azərbaycanın ən böyük gözləntisinə gəlincə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Azərbaycan prezidenti də təbrikində qeyd edib ki,  Trampın prezident seçilməsi ilə ABŞ-ın Minsk qrupunda fəaliyyətinə bir dinamizm gələcəyinə, ABŞ-ın bu sahədə fəallaşacağına inanırıq. İnanırıq ki, nəhayət Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq". /apa/



  Bölmə: Manşet | Baxış sayı: 413 | Tarix: 10.11.2016, 13:16


Xəbərlər