Levandovski ən reytinqli futbolçu olub, Messi ilk "5-liy"ə düşə bilməyib
25.12.2021 440 0.0 0

2021-ci ildə Avropanın top-5 liqalarında çıxış edən ən reytinqli oyunçular müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə "WhoScored" statistika saytı araşdırma aparıb.

Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski 8,08 xalla bütün rəqiblərini qabaqlayıb. İngiltərə "Liverpul"unda çıxış edən Məhəmməd Salah 7,89 xalla ikinci, Fransa PSJ-sindən Kilian Mbappe 7,80 xalla üçüncü olub.

İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzema (7,75) və İtaliya "İnter"indən Hakan Çalhanoğlu (7,48) növbəti pillələrdə qərarlaşıb. PSJ-də çıxış edən və bu il "Qızıl top" mükafatını qazanan Lionel Messi siyahıda yer almayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar