Lavrovla Kerri arasında növbəti görüşün vaxtı məlum olub
20.09.2016 434 0.0 0

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.
 
“Dövlət katibi ilə nazir arasında görüş tezliklə baş tutacaq. Dəqiq vaxtı hələ ki, açıqlaya bilmərəm. Görüş yaxın saatlar ərzində, ən uzağı çərşənbə günü keçiriləcək”, deyə  Dövlət Departamentinin rəsmisi qeyd edib.
 
Xatırladaq ki, ABŞ dövlət katibi və Rusiya xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edirlər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar