Lavrov və Nalbandyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
20.01.2017 1330 0.0 0

Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Moskvada keçirilən görüşdə  Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Məlumata görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.
 
Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.    
 
“Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.
 
Tərəflər həmçinin aktual regional və beynəlxalq problemləri müzakirə ediblər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar