Lavrov Bakıda Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətləri müzakirə edəcək
20.11.2017 701 0.0 0

Ötən gün Bakıya rəsmi səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparacaq.

Bildirək ki, bu barədə TASS məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri diqqət mərkəzində olacaq. Bundan əlavə, Rusiyanın XİN rəhbərinin səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə uyğunlaşdırılıb.

"Regional və beynəlxalq problemlər haqqında danışacağıq. Həmçinin anlamağa çalışacağıq, Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlardakı (16 oktyabrda, Cenevrədə - red) görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə hansı səylər çərçivəsindəyik", - deyə daha əvvəl Serqey Lavrov görüşü elan edib.

Qeyd edək ki, görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar