Tarix: 05.12.2016,   Saat: 20:35, Bazar ertəsi.          

Lavrov: `ABŞ və NATO Rusiya ilə gərginliyi şüurlu olaraq artırır`

"ABŞ və NATO Rusiya ilə gərginliyi şüurlu olaraq artırır".
Məlumata görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İtaliyanın "Corriere della Sera" qəzetinə açıqlamasında deyib.
O, bildirib ki, ABŞ və NATO qəsdən Rusiya ilə münasibətlərdə gərginliyi yüksəldir. "Bu gün biz soyuq müharibənin başa çatmasından sonra NATO-nun infrastrukturlarında hərbi potensialın gücünün heyrətləndici şəkildə artmasını müşahidə edirik".
Lavrov qeyd edib ki, hərbi blok ölkələrinin Rusiya sərhədlərində açıq-aydın fitnəkar xarakterli təlimləri keçirilir. Xarici İşlər Nazirliyi rəhbərinin fikrincə, xəyali "Şərqdən təhlükə (təhdid)" bəhanəsi ilə Mərkəzi və Şərqi Avropası ölkələrində ABŞ-ın ağır hərbi texnikası yerləşdirilib və ittifaqın komanda strukturunun yeni elementləri meydana çıxır./Report/



  Bölmə: Dünya | Baxış sayı: 371 | Tarix: 01.12.2016, 13:37


Xəbərlər