Latviya prezidenti: `BMT Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməlidir`
21.09.2017 618 0.0 0

"Müstəqil dövlətlərin ərazi bütövlüyünə hamı hörmət etməlidir, Rusiya da istisna deyil". 

Bildirək ki, bunu Latviya prezidenti Raymonds Veyonis BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışI zamanı deyib.

Onun sözlərinə görə, Rusiyanın öz qonşularına qarşı heç nəyə əsaslanmayan təcavüzü beynəlxalq təhlükəsizlik qaydalarının ciddi pozulmasıdır: "Beynəlxalq hüququn pozulmasına görə münaqişələri başlayan və dəstəkləyən istənilən təcavüzkar məsuliyyətə cəlb olunmalıdır".

Latviya prezidenti vurğulayıb ki, onun ölkəsi üçün Ukraynada münaqişənin sülh yolu ilə həlli və onun suverenliyinə və ərazi bütövlüyünə hörmət prioritetlərdən biridir: "BMT regional oyunçularla birlikdə Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada dondurulmuş münaqişələrin nizamlanmasına yardım etməlidir". 

R.Veyonis həmçinin Şimali Koreyanın nüvə sınaqları, Suriyada kimyəvi silahların istifadəsi, qlobal terrorizm və BMT-nin islahat zərurəti məsələlərinə də toxunub. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar