Lady Gaga Olimpiya Stadionunda!
12.06.2015 610 0.0 0
Lady Gaga Bakı 2015-in Açılış Mərasimində çıxış edəcək

Lady Gaga Cümə günü axşam Bakıda, ilk Avropa Oyunlarının Açılış Mərasimində idmançılar üçün mahnı ifa edəcək.

Qazeta.info-nun məlumatına görə, piano arxasında əyləşərək, Lady Gaga “İmagine” (Xəyal Et) mahnısını ifa edəcək. Sözləri Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası dinləyiciləri dünyanı sülh içərisində, sərhədsiz təsəvvür etməyə səsləyir.

Lady Gaga reytinq cədvəllərinə liderlik edən “Just Dance”  və “Poker Face” hitləri ilə beynəlxalq şöhrət qazandı və 28 miliyon album və 140 miliyon sinql satışı ilə uğurlarını davam etdirib.

O, üç “Grammy”  Mükafatı, 13 MTV Video Musiqi Mükafatı, 13 Ginnesin Dünya Rekordu və Mahnı Bəstəkarlarının Məhşurluq Zalı tərəfindən verilən ilk Müasir İkona Mükafatını qazanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar