Lənkəranskinin ən yaxın adamlarından biri azadlığa buraxılıb
30.11.2016 1051 0.0 0

Kriminal aləmdə "Hacı Beyləqanski" kimi tanınan "qanuni oğru" Hacıbaba Talıbxanlı Türkiyədə azadlığa buraxılıb.

Qazeta.info bildirir ki, Salamnews-ə daxil olan məlumata görə, azadlığa çıxan “qanuni oğru”nun görüşünə bir çox kriminal avtoritetlər gəliblər.

R.Lənkəranskinin ölümündən sonra onun tərəfdarları ilə digər “qanuni oğrular” arasında ədavət daha da artıb. Belə ki, R.Lənkəranskinin nəzarətində olan bazarları, obyektləri ələ keçirmək uğrunda mübarizə güclənib.

Xatırladaq ki, Rövşən Canıyevin sağ əli sayılan Hacı Beyləqanski R.Lənkəranskinin qətlində şübhəli bilinərək Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

H.Beyləqanski son illər R.Lənkəranskinin ən yaxın adamlarından biri hesab olunurdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar