Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb
12.11.2016 732 0.0 0

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, hadisə bu gün saat 8.40 radələrində Ələt-Astara magistralının rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

RAF markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobili toqquşub. Güclü zərbədən “Mercedes”in sərnişini, Astara rayonunun Kijəbə qəsəbə sakini Rövşən Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırmalara başlanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar