Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış- xəsarət alanlar var
21.11.2017 862 0.0 0

Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.

Nəticədə iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətini ağır kimi qiymətləndiriblər. O, reanimasiyaya yerləşdirilib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, hadisə nəticəsində yaralananlar yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu Allahverdiyev və onun işçisi 1991-ci il təvəllüdlü Əbülfəz Əbülfət oğlu Məmmədovdur. 

Onlar 2-3 cü dərəcəli ağır yanıq xəsarətləri alıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar