Lənkəranda dənizdə batan 24 yaşlı oğlanın meyiti tapılıb
24.08.2016 714 0.0 0

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri Xəzər dənizinin Lənkəran rayonunun Sütəmurdov kəndinə yaxın ərazisində çimərkən batmış Cəlilabad rayon sakininin meyitini tapıblar.

 

Məlumata görə, meyit bu gün saat 08.50 radələrində sahildən 150 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, avqustun 23-də axşam saatlarında Xəzər dənizinin rayonun Sütəmurdov kəndinə yaxın ərazisində boğulma faktı qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 24 yaşlı Əli İltifat oğlu Əzimov dənizdə çimərkən batıb. Axtarışlara FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Lakin hava qaranlıq olduğundan Əli Əzimovun cəsədinin həmin gün sudan tapılması mümkün olmayıb.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır./apa/


Digər xəbərlər:
Şərhlər
avatar