Lənkəranda altı gün əvvəl ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutulub
28.11.2016 817 0.0 0

Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Məlumata görə,  Lənkəran sakini Fəqan Mikayılovun dünən gecə tutulduğu bildirilir.

 

 

Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

 

Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.

 

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar