Lənkəranda ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb - SİYAHI
31.03.2018 1094 0.0 0

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazeta.info Report-un məlumatına əsasən bildirir ki, Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində, "Shacman" markalı yük maşını ilə "VAZ-21015" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb və şəxsiyyəti müəyyənləşib.

Bildirək ki, həyatını itirənlərin hamısı bir ailənin üzvləri və yaxın qohumlardır, eyni zamanda Lənkəranın Ləj kəndinin sakinləridirlər.

Ölənlər aşağıdakılardır:

Aslanov Faiq,

Aslanov Fikrət,

Aslanov Mərziyyə,

Aslanova Xanımgül,

Aslanov Namiq

Aslanova Məsmə,

Yaralılar:

Aslanov Ülvi Faiq oğlu, 7 yaş

"Shacman"ın sürücüsü Cəfərov Natiq Təvəkkül oğlu


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar