Lənkəranda ağır yol qəzası baş verib: 2 ölü, 5 yaralı - - YENİLƏNİB - SİYAHI - FOTO - VİDEO
16.08.2017 1171 0.0 0

 

Lənkəran şəhərində baş verəın ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.

"Report"un məlumatına görə, qəza zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin hadisə yerində ölüb. 

Ölənlər:

Lənkəran rayonunun Havzava kənd sakinləri-

Kamran Xudiyev,

Səbinə Əlimirzəyeva.

Yaralılar:

2004-cü il təvəllüdlü Əlimirzəzadə Tacir Mahir oğlu,

Süleymanov Rüstəm Tarif oğlu

Hüseynova Solmaz Malik qızı

Mikayılova İradə Tahir qızı

Əlizadə Elməddin Cabbar oğlu

*****

Lənkəranda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 1-i azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb, daha 2 nəfər ölüb.

Qazeta.info "Report"a istinadla xəbər verir ki, iribuynuzlu heyvan yolda hərəkətdə olan 90-UE-171 dövlət seriyalı nişanlı, "VAZ-2107" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü bu zaman nəqliyyat vasitəsinin hərəkət istiqamətini dəyişərək qarşıdan gələn, Astara rayon Sərək kənd sakini, Süleymanov Rüstəm Tarif oğlunun idarə etdiyi 90-LE-868 dövlət seriya nişanlı, "Mercedes" markalı avtomobilin yoluna çıxıb. Nəticədə avtomobillər toqquşub. 

Hadisə zamanı "VAZ-2107" markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki daha bir sərnişin aldıqları xəsarətdən qəza yerində ölüblər. Qəza zamanı "Mercedes"in sürücüsü Süleymanov Rüstəm Tarif oğlu, 1986-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Hüseynova Solmaz Malik qızı, 1984-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Mikayılova İradə, Lənkəran sakini Əlizadə Elmədddin Cabbar oğlu xəsarət alıblar. Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir şəxs ağır xəsarət alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.   


***05:14

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran rayonu, Liman şəhərindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2107" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər – "VAZ-2107" markalı avtomobilin sürücüsü və onun sərnişini ölüb. Hadisə zamanı daha 5 nəfər xəsarət alıb. 

Yaralılar Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar