Ləğv edilmiş MTN generalına qarşı 7 milyon manatlıq mülki iddia təmin olunub
30.11.2017 745 0.0 0

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işində zərərçəkmişlərin mülki iddiası təmin edilməyib.

Məlumata görə, bu barədə qərarı Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən məhkəmə kollegiyası elan edib.

Qərara əsasən, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasını təmin edib.

Təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyirinə müsadirə edilməsi barədə də qərar qəbul olunub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar