«Kurtlar Vadisi Pusu»- teleserialının bitməsi ilə əlaqədar xəbərlərə rəsmi açıqlama gəldi
13.03.2015 1098 0.0 0

Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialını ekranlaşdıran “Pana film” şirkəti ötən gün mətbuatda yayılan və “Vadi” pərəstişkarlarını kədərləndirən filmin bitməsi barədə xəbərlər barədə açıqlama verib. Məlumata görə, şirkət rəsmiləri serialın artıq başa çatacağı barədə yayılmış xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. 

“İctimaiyyətin diqqətinə:

Bu gün (dünən) internet saytlarında “Kurtlar vadisi bitir” başlığı ilə yayılan və 12 ildir nümayiş olunan serialın sevilən obrazı Polad Alemdar yoruldu. Mövsüm sonunda final seriyası ilə ekranlarla vidalaşacaq” kimi ifadələrin yer verildiyi xəbərlər tamamilə həqiqətdən uzaqdır. 

“Pana film” şirkətinin prodüsserlik etdiyi və bu axşam (dünən) Kanal D ekranında 250-ci seriyası nümayiş olunacaq “Kurtlar Vadisi Pusu” serialının bitməsi və ya başa çatmasından söhbət gedə bilməz”. 

Xatırladaq ki, ötən gün Türkiyənin bir çox xəbər saytlarında, həmçinin ölkəmizdə fəaliyyət göstərən bir çox elektron KİV-də “Kurtlar Vadisi Pusu” serialının bitəcəyi barədə xəbərlər yayılmışdı. /anspress/

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar