«Kurtlar Vadisi» ilə bağlı- «Pana film»dən rəsmi açıqlama
13.10.2016 2259 0.0 0

“Kurtlar Vadisi: Pusu” yaradıcı heyəti Beyaz TV-də yayımlanan “Söylemezsem olmaz” verilişindəki görüntülərə və fikirlərə münasibət bildirib.

Qazeta.info “Qafqazinfo” -ya istinadla xəbər verir ki, “Pana film”dən verilən rəsmi açıqlamada onlara qarşı atılan böhtana cavab verilib. 

“Təxminən 13 ildir yayımlanan və tamaşaçılarının qəlbində ayrı bir yeri olan "Kurtlar Vadisi" serialının hədəf alındığı proqramda 159-ci bölümdən bir hissə yayımlanıb. Serialda istifadə olunan görüntülər İstanbul Böyükşəhər Bələdiyyəsi Anadolu Yaxası 3-cü Çekmeköy qəbiristanlığının qarşısında çəkilib. Proqram əməkdaşlarının çəkdikləri görüntülər isə Ümraniye Kocatepe Qəbiristanlığına aiddir. Verilişin yaradıcı heyəti saxta dəlildən istifadə edərək ictimaiyyəti çaşdırmağa çalışıblar. Bizləri haqsız şəkildə hədəf göstərmək üçün mətbuatın vizual gücündən sui-istifadə ediblər. Biz faktlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşırıq”,- deyə qeyd edilib.

Xatırladaq ki, “Söylemezsem olmaz” verilişi serialın 2012-ci ildə yayımlanan bölümünü müzakirəyə çıxarmışdı. Ekran işinin 159-cu bölümündə qəbirdaşının üstünə “Ərdoğan” yazısının oluğu məlum olub. Araşdırma zamanı Ümraniye Kocatepe Qəbiristanlığında üzərində “Ərdoğan” yazılmış məzar daşı olmayıb.

Bundan başqa verilişin aparıcısı Ömür Varol  “Kurtlar Vadisi: Pusu” serialının artıq efirdə yayımlanmayacağını bildirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar