Kürdəmirdə yeniyetmə qətlə yetirildi
09.09.2015 528 0.0 0

Kürdəmir rayonunda yeniyetmə qətlə yetirilib.

Kürdəmir rayon Prokurorluğundan verilən məlumata görə hadisə Ərəbqubalı kəndində baş verib. 

Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanov bildirdi ki, sentyabrın 8-də 14 yaşlı kənd sakini Babayev İzzətin meyiti bağda yaxınları tərəfindən tapılıb. Məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri qeydə alınıb. Qətlin səbəbləri və kim tərəfindən törədildiyi müəyyən edilməyib.


Prokurorun köməkçisi onu da qeyd etdi ki, faktla bağlı cinayət işi açılıb və araşdırmalar aparılır. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar