Kristiano Ronaldo ÇL qrup mərhələsinin bütün oyunlarında qol vuran ilk futbolçu olub
07.12.2017 765 0.0 0

Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda “Borussiya” ilə qarşılaşan “Real”ın oyunçusu Kristiano Ronaldo tarixə düşüb.

 

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 13-cü dəqiqəsində Dortmund “Borussiya”sını məyus edən Ronaldo Çempionlar Liqası tarixində qrup mərhələsinin bütün 6 oyununda qol vuran ilk oyunçu olub.  K.Ronaldo 6 oyunda rəqib qapılarından 9 top keçirib. 

 

Qeyd edək ki, bu gün "Real" Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Borussiya" ilə qarşılaşır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar