Kreml prezidentlərin İstanbul görüşünü təsdiqləyib
20.02.2018 754 0.0 0

Rusiya, Türkiyə və İran prezidentlərinin apreldə İstanbulda üçtərəfli görüşü hazırlanır.

 

Məlumata görə, bu barədə “İnterfaks” agentliyinə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Belə bir görüş hazırlanır”, deyə V.Peskov vurğulayıb. Görüşdə ölkə liderləri Suriya məsələsini müzakirə etməyi planlaşdırırlar.

 

Ötən gün Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub. Nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

 

Qeyd edək ki, fevralın 19-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar