Kreml forpostuna «sığal» çəkir
09.04.2015 900 0.0 0

Rusiya rəsmiləri növbəti dəfə forpostu saydığı Ermənistana və onun vətəndaşlarının ünvanına "xoş söz"lər söyləyərək, necə deyərlər, erməniləri xeyli xoşhallandırıb. 

Məlumata görə, Dövlət Dumasının sədri Sergey Narışkin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulması Rusiya ilə əməkdaşlıq imkanlarını genişləndirir.

Onun sözlərinə görə, guya Aİİ Ermənistan üçün yeni bir səhifə açır, münasibətlərdə yeni inkişaf mərhələsi və bu təşkilat çərçivəsində üzv ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün daha çox imkanlar yaradır.

O, Ermənistanda Rusiyaya qarşı artan narazılığın sakitləşdirilməsi üçün ermənilərə ümid də verib, İrəvanın bu birliyin fəal üzvü olacağına əminliyini ifadə edib: "Böyük Qələbə ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyan Moskvada olacaq. Biz birlikdə ümumi qələbəni və tarixi həqiqəti müdafiə edəcəyik. İndi biz Qırğızıstanın Avrasiya İqtisadi İttifaqına daxil olması üçün yol açacaq iki sənəd imzalanması vəzifəsi ilə qarşı-qarşıyayıq. Rusiya tərəfi müvafiq öhdəlikləri yerinə yetirəcək."

E.Nalbandyan bu sözlərdən xoşhallanaraq Ermənistan və Rusiya arasında münasibətlərin hər zaman müttəfiqlik səviyyəsində olduğunu və bunu zamanın tələbi adlandırıb: "Biz əlaqələrimizi genişləndirmək, dərinləşdirmək və inkişaf etdirmək üçün yeni addımlar atmağa şad olacağıq." 

Amma bu bədbəxt və bədxah ermənilər hələ də anlamırlar ki, dünya tamam başqa dünyadır. İndi çərxı-fələk tərsinə dövran edir. Quru-quru, boş-boş sözlərlə, vədlərlə hara qədər getmək olar? Necə deyərlər, halva-halva deməklə ağız şirin olmaz. Görünən və reallıq odur ki, İrəvan Avrasiya İqtisadi İttifaqında belə sevilmir, bu ölkə bataqlıqda üzür, iqtisadiyyatı çökür və cəmiyyət sosial partlayışla üz-üzədir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar