Kreml açıqlama yaydı
30.03.2015 727 0.0 0

Kreml Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında İsveçrənin Lozanna şəhərində keçirilən görüşü barədə açıqlama yayıb.

Məlumata görə, bildirilib ki, tərəflər əsasən İranın nüvə proqramını müzakirə ediblər. Hazırda çərçivə sazişi üzrə fikir ayrılıqları mövcuddur. Onlar regional və beynəlxalq məsələlərdən, eləcə də Yaxın Şərqdəki vəziyyətdən söz açıblar. 

Ümumiyyətlə, nüvə proqramı ilə bağlı görüşlərə martın 29-da axşam başlayıb. Həmin gün Tehranın nüvə proqramı üzrə gərgin danışıqlar davam edib. İran, Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ diplomatları martın 30-da danışıqları davam etdirəcək. 

Xatırladaq ki, İranla altı böyük dövlət martın 31-dək çərçivə sazişi əldə etməyə çalışırlar. İyunun sonunadək isə yekun razılaşma əldə olunmalıdır. Tehran sentrifuqaların sayını azaltmağa və zənginləşdirilmiş uran ehtiyatlarını xaricə göndərməyə hazır olduğunu bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar