Əkrəm Əylisli prokurorluğa çağırılıb
05.09.2016 623 0.0 0

Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.

 

Vəkil Elçin Sadıqov açıqlamasında sentyabrın 6-da prokurorluğa dəvət olunduqlarını bildirib.

 

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar