Körpə kenqurunu xilas etməsi rəğbətlə qarşılandı - VİDEO
07.01.2020 213 0.0 0

Avstraliyada meşə yanğınları tüğyan edir. Yanğınla mübarizəyə könüllü dəstələr də cəlb edilib.

“Life” məlumat verir ki, belə könüllülərdən biri, 24 yaşlı Sem Makqloun yaşadığı Breydvud şəhərində yanğını söndürməyə çalışarkən budaqların altından körpə kenqurunu xilas edərək irəliləməkdə olan alovdan qoruyub.

Baş verən hadisə könüllü xilasedicinin üzərinə bərkitdiyi kamera tərəfindən qeydə alınıb. Görüntüləri “Instagram” səhifəsinə paylaşan S.Makqloun çoxlu bəyənmə və tərif şərhləri ilə üzləşib./oxu.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar