Koreya prezidentinin istefası tələbilə keçirilən aksiyaya 900 min nəfər qatılıb
03.12.2016 1143 0.0 0

Cənubi Koreyanın paytaxtı Seulda 900 min nəfər etiraz aksiyasına çıxaraq prezident Pak Kın Henin istefasını tələb edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, həmkarlar ittifaqlarının yaydığı bəyanatda deyilir ki, bununla vətəndaşlar ölkə başçısına təzyiqi artıraraq onu könüllü şəkildə istefa verməyə vadar etmək istəyir.

 

Aksiya iştirakçıları prezidentin iqamətgahına doğru yürüş edib.

 

Bununla yanaşı, parlament önündə keçirilən aksiyaya 20 min nəfər toplaşıb.
 

Bildirilir ki, aksiya zamanı heç bir qanun pozuntusuna yol verilməyib.

 

Qeyd edək ki, bu, prezidentin adı korrupsiya qalmaqalında hallandıqdan sonra artıq altıncı analoji miqyaslı aksiyadır.

 

İmpiçmentlə bağlı səsvermə dekabr ayının 9-da baş tutacaq. Qətnaməni 171 deputat dəstəkləyib. Prezidenti istefaya göndərmək üçün 300 üzvü olan parlamentin 200 deputatının səsinə ehtiyac var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar