Konsert zamanı yaranmış basırıqda 5 nəfər öldü - VİDEO
23.08.2019 538 0.0 0

 

 

 

 

 

 

 

 

 

 

 

 

Əlcəzairin eyniadlı paytaxtında keçirilən rep konserti zamanı 5 nəfər ölüb, daha 20-si xəsarət alıb.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, faciə "Soolking" ləqəbli ifaçının konsertində olub. Çıxış stadionda baş tutub.

Yerli KİV-in məlumatına görə, basırıq stadionun girişlərindən birində qeydə alınıb. İki kişi və 3 qadın fanatın öldüyü bildirilir.

Daha 21 musiqi həvəskarı müxtəlif travmalar alıb, lakin onların həyatı təhlükə altında deyil.

Faciəyə baxmayaraq, repçi çıxışını davam etdirib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar