Konqresdə Trampa qarşı impiçment proseduruna başlanılıb
25.09.2019 447 0.0 0

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlayıb. O, vurğulayıb ki, Amerika prezidenti də daxil olmaqla heç kim qanundan üstün ola bilməz.

Qeyd olunub ki, bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib.

İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentini vəzifədən uzaqlaşdırmaqla “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini nəzərdə tutur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar