Komitə sədri: Aşura tədbirləri fətvaya uyğun həyata keçiriləcək
22.09.2017 605 0.0 0

"Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var və bu fətva kütləvi informasiya vasitələrində yayılıb. Həmin fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək".

 

Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıdeyib. O bildirib ki, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fətvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq.

 

"Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var. Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib - edilməməsi haqqında məlumatlanmaqdır", -  deyə M. Qurbanlı qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar